0

Paşinyandan şok ifadələr: "Azərbaycan xalqı üçün..."

Baxış: 649

Paşinyandan şok ifadələr: "Azərbaycan xalqı üçün..."

Nikol Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu onun adından danışmamağa çağırıb. Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərə açıqlamasında deyib. “Hər kəs öz adından çıxış edə bilər. Con Bolton və ya başqa kimsə Ermənistanın baş naziri adından danışa bilməz. Bəli, seçki imkanları təmin edəcək, amma artıq bildirmişəm ki, Ermənistan və Artsax xalqları (Dağlıq Qarabağ - red.), eləcə də Qarabağın hakimiyyət orqanları üçün məqbul olmayan bir həll ola bilməz. Məsələnin qlobal həlli baxımından biz başa düşürük ki, istənilən qərar Azərbaycan xalqı üçün məqbul olmalıdır”, - Paşinyan söyləyib. O həmçinin qeyd edib ki, bu, yalnız erməni xalqı tərəfindən həll edilməli olan “ümumerməni məsələsi”dir: “Mən deyil, erməni xalqı Qarabağ məsələsini həll etməlidir. Bir baş nazir bu gün var, sabah isə olmayacaq”. Paşinyan bununla da Con Boltonun erməni KİV-inə bəyanatını şərh edib. ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirmişdi ki, Paşinyan parlament seçkilərində qələbədən və hökumət başçısı tərəfindən seçilməsindən sonra Qarabağ məsələsi üzrə həlledici qərarlar qəbul edə bilər. Paşinyanın Düşənbə görüşündən sonra da absurd fikirlərini davam etdirməsi Ermənistanın yeni rəhbərliyinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha göstərir. Paşinyan analoji bəyanatla oktyabrın 24-də də çıxış etmişdi. O baş nazirin seçilməsi ilə bağlı keçirilən parlamentin xüsusi iclasında bildirmişdi ki, Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz