0

Gənc qazaxıstanlı jurnalistin meyiti tapıldı - FOTO

Baxış: 636

Gənc qazaxıstanlı jurnalistin meyiti tapıldı - FOTO

İki gün əvvəl Almatıda itkin düşmüş jurnalist və Hit TV musiqili telekanalın prodüseri Ayqerim Musayevanın meyiti tapılıb.

Press-az.com-un xəbərinə görə, bu barədə “Kazinform” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, A.Musayevanın qohumları onun itkin düşməsi barədə iki gün əvvəl polisə müraciət ediblər və sosial şəbəkələrdə kömək istəyiblər.

Ayqerimin yaxınları bildiriblər ki, o, sonuncu dəfə evdən çıxanda özü ilə heç nə götürməyib.

Gənc jurnalistin iki azyaşlı uşağı var. Onun ölümünün təfərrüatı hələlik açıqlanmır.

 
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz