0

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

Baxış: 378

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib. 

Press-az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz