0

İran nefti üçün yeni alıcılar tapdı

Baxış: 359

İran nefti üçün yeni alıcılar tapdı

İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.

Oxu.Az-ın ISNA-ya istinadla verdiyi xəbərə görə, Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda “qara qızıl”ın alınması üçün yollar aradıqlarını vurğulayıb.

“Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq”, - İran rəsmisi bəyan edib. 

O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz