0

Ermənistanda sabiq deputat güllələndi

Baxış: 351

Ermənistanda sabiq deputat güllələndi

Oktyabrın 6-da axşam saatlarında Yerevanın “Erebuni” Tibb mərkəzinə güllə yaraları almış kişi gətirilib.

Press-az.com Ermənistan KİV-inə istinadla verdiyi xəbərə görə, o, aldığı yaralardan klinikada dünyasını dəyişib.

Öldürülən şəxsin Ermənistan Parlamentinin sabiq üzvü, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Karo Karapetyan olduğu müəyyənləşib.

Hazırda polis Karapetyanın hansı şəraitdə güllələnməsini araşdırır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz