0

Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi

Baxış: 311

Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi

İl-20 təyyarəsinin vurulmasına görə İsrail Hərbi hava qüvvələri məsuliyyət daşıyır.

Press-az.com xəbər verir ki, belə bəyanatla Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib.

“Əldə edilən obyektiv məlumatlar İsrail pilotlarının 15 rusiyalı hərbçinin ölümü ilə nəticələnən hərəkətlərinin ya qeyri-peşəkarlığı, ya da ən azından cinayət tərkibli məsuliyyətsizliyindən xəbər verir”, - Konaşenkov deyib.

Müdafiə nazirliyi qeyd edib ki, İsrail pilotları bilərəkdən Suriya raketlərinə qarşı İl-20 təyyarəsindən sipər kimi istifadə ediblər.

“İsrail pilotu anlayırdı ki, İl-20 təyyarəsinin effektiv əks etmə səthi F-16 qırıcısının analoji göstəricisindən xeyli yüksəkdi və zenit raketi məhz Rusiya təyyarəsini hədəf seçəcək”, - general-mayor əlavə edib.

Müdafiə nazirliyindən bildiriblər ki, F-16 qırıcısı İl-20 təyyarəsinə çox yaxınlaşıb, bu da Suriya tərəfindən təkrar hücum cəhdi kimi dəyərləndirilib.  

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz