0

Putin Bakıda dünya çempionatını izləyəcək

Baxış: 336

Putin Bakıda dünya çempionatını izləyəcək

Rusiya prezidenti Vladimir Putin Bakıya rəsmi səfəri zamanı Azərbaycanın paytaxtında keçirilən Cüdo üzrə dünya çempionatını izləyəcək.

Press-az.com xəbərinə görə, bu barədə Inside the Games nəşri yazır.

Nəşrin məlumatına əsasən, Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birgə sentyabrın 25-də mundialın keçirildiyi Milli Gimnastika Arenasında yarışları izləyəcəklər.

Qeyd edək ki, Vladimir Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz