0

İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO

Baxış: 238

İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO

İŞİD (İslam Dövləti) terror təşkilatı İranda hərbi paradda baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” “Amaq” agentliyinə istinadən məlumat yayıb. 

Bununla belə İŞİD heç bir sübut təqdim etməyib. 

14.27

İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb. 

Hücuma görə məsuliyyəti “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

11.58

İranın Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı ölənlərin sayı 10-a çatıb.

Oxu.Az-ın Tasnim agentliyinə istinadən xəbərinə görə, hadisə nəticəsində daha 21 nəfər yaralanıb.

11:07

İranda hərbi paradda törədilən terror aktı zamanı 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib, daha iki yaraqlının isə axtarışları davam edir.

10:37

İranın Əhvaz şəhərində terror aktı törədilib. Hadisə zamanı bir neçə nəfər ölüb. 

Oxu.Az İranın “Press TV” telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb.

“Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, - telekanalının məlumatında deyilir.

 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz