0

Merkel və Putin Suriyanı müzakirə edib

Baxış: 154

Merkel və Putin Suriyanı müzakirə edib

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinarasında telefon danışığı baş tutub. 

Oxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bu haqda Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

O qeyd edib ki, onların dialoqunun əsas mövzusu Suriyadakı vəziyyət olub.

Söhbət, əsasən, Rusiya Federasiyası ilə Türkiyə arasında Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zona yaradılması barədə razılaşmadan sonra oradakı vəziyyətdən gedib. 

Merkel münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb.

“Müxalifət və Suriya hökumət qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enində bufer zonasının oktyabrın 15-dək yaradılması planlaşdırılıb. Bu zonada türk bölmələri və Rusiya hərbi polisi keşik çəkəcəklər. Oktyabrın 10-dək bütün ağır silahlar və döyüşçülər, o cümlədən “Cabhat an-Nusra” terrorçuları həmin zonadan çıxarılmalıdır”, - deyə o qeyd edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz