0

“Real”ın ulduzuna həbs cəzası

Baxış: 464

“Real”ın ulduzuna həbs cəzası


İspaniyanın “Real” klubunun və Braziliya millisinin futbolçusu Marselo vergi cəzasına məruz qalıb. İspaniya mətbuatına istinadən xəbər veririk ki, Madrid məhkəməsi müdafiəçiyə imic haqlarından əldə etdiyi məvacibin vergisini ödəmədiyi üçün 4 ay həbs və 750 min avro pul cəzası verib.

Marselonun Uruqvayda “Birsen Trade SA” adlı şirkət açdığı və bu şirkət vasitəsiylə imic haqlarından gələn pulu əldə etdiyi bildirilir.

Əvvəllər Lionel Messi, Kriştiano Ronaldo, Joze Mourinyo və Aleksis Sançesin də vergiylə bağlı İspaniyada problemləri olub
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz