0

Gürcüstanda iranlı qadınların axtarılması Tehranı qəzəbləndirdi

Baxış: 537

Gürcüstanda iranlı qadınların axtarılması Tehranı qəzəbləndirdi

Tbilisi Beynəlxalq hava limanında təhlükəsizlik yoxlamaları zamanı İran vətəndaşları olan qadınlara qarşı nümayiş etdirilən “hörmətsizlik” İran XİN-in Gürcüstana rəsmi etirazına səbəb olub.

Press-azcom xəbər verir ki, bunu İslam Respublikasının xarici siyasət idarəsinin nümayəndəsi Bəhram Qasımi bəyan edib.

Hörmətsizliyin konkret nədə təzahür etdiyi dəqiqləşdirilməyib. Lakin Qasımi qeyd edib ki, belə problemlə bir neçə hicablı İran vətəndaşı qarşılaşıb.

Onun sözlərinə görə, gələcəkdə İran vətəndaşlarının oxşar problemlər yaşamaması üçün rəsmi Tehran Gürcüstanın müvafiq strukturlarına müraciət edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz