0

Ərdoğanın mətbuat katibi: İqtisadiyyatda vəziyyət yaxşılaşır

Baxış: 207

Ərdoğanın mətbuat katibi: İqtisadiyyatda vəziyyət yaxşılaşır

Görülən tədbirlər nəticəsində son 2 gündə iqtisadiyyatda vəziyyət sürətlə yaxşılaşır.

Press-az.com “Anadolu”ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib. 

“Türkiyə lirəsi ilə möhtəkirlik etməyə imkan verən vəziyyət tam aradan qaldırılıb”, - Kalın bildirib.

Dövlət başçısının mətbuat katibi həmçinin bəzi xarici tərəfdaşların yaranmış vəziyyətdə Ankaraya yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

“İntensiv əlaqələr müqabilində biz artıq Küveytdən, Almaniyadan, Fransadan və hətta Rusiyadan müsbət nəticələr və xəbərlər almışıq”, - Kalın deyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz