0

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

Baxış: 500

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Bu barədə Press-az.com “Bloomberg”ə istinadla xəbər verir.

Vaşinqton Türkiyədə həsdə saxlanılan rahib Endryu Bransonun azad edilməsini tələb edir.

Ankara isə onun terrorçuluqda ittiham olunmasına əsaslanaraq tələbi yerinə yetirməkdən imtina edir.

Avqustun 10-da ABŞ Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 2 dəfə artırıb.

Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAmerikadan idxal olunan elektronika məhsullarının boykotu haqqında bəyan edib və bir sıra ABŞ mallarına tətbiq olunan rüsumları artırıb.  

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz