Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı » Press-az
0

Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı

Baxış: 19

Terrorçularla əlbir olan şəxs Gürcüstanda saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Batumi şəhərində terrorçularla əlbir olmaq ittihamı ilə axtarışda olan Ruslan Şavadzeni həbs edib. 

Press-az.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.

Şavadze 2017-ci il noyabrın 22-də Tbilisi ətrafında keçirilən anti-terror əməliyyatı işi üzrə saxlanılıb. 

Əməliyyat zamanı terrorçuluqda ittiham edilən 3 nəfər, o cümlədən İstanbul hava limanında terror aktının ehtimal edilən təşkilatçısı – Əhməd Çatayev məhv edilib.

Xüsusi xidmətlərin məlumatına görə, Şavadze Çatayevlə birgə Türkiyə - Gürcüstan sərhədini qeyri-qanuni keçib. Daha öncə Şavadze qiyabi olaraq 13 il həbs cəzasına məhkum olunmuşdu.

Cinayət işi üzrə istintaq davam edir. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz