0

Trampdan Türkiyəyə ağır zərbə

Baxış: 54

Trampdan Türkiyəyə ağır zərbə

ABŞ prezidenti Donald Tramp öz Twitter-də bəyan edib ki, Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırır, Oxu.Az xəbər verir.

“Mən indicə Türkiyədən polad və alüminium idxalına rüsumların artırılmasını təqdir etdim, eyni zamanda onların valyutası bizim güclü dollarla müqayisədə çox ucuzlaşır. İndi alüminium üçün rüsum 20%, polad – 50% təşkil edəcək. Türkiyə ilə münasibətlərimiz o qədər də yaxşı deyil”, - deyə, Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı hücumların “ölkələr arasında münasibətlərə zərbə vurduğunu və bərpa olunması qeyri-mümkün bir həddə çatdırdığını” bəyan etmişdi.

“Sizinlə dollar, bizimlə isə Allah var”, - deyə, türk lider bildirmişdi.

Ərdoğan Türkiyənin ticarət müharibəsini uduzmayacağını bildirərək, vətəndaşları ölkəyə iqtisadi müharibə elan edənlərə cavab vemrək üçün xarici valyutanı türk lirəsinə dəyişməyə səsləyib.

Donald J. Trump@realDonaldTrump

I have just authorized a doubling of Tariffs on Steel and Aluminum with respect to Turkey as their currency, the Turkish Lira, slides rapidly downward against our very strong Dollar! Aluminum will now be 20% and Steel 50%. Our relations with Turkey are not good at this time!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz