0

Gürcüstan 2008-ci il münaqişəsinə görə Rusiyanı günahlandırdı

Baxış: 54

Gürcüstan 2008-ci il münaqişəsinə görə Rusiyanı günahlandırdı

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması ilə bağlı məsələdə Rusiyanı günahlandırıb. 

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, Marqvelaşvili Tbilisidə Polşa, Litva və Latviya xarici işlər nazirləri, eləcə də, Ukrayna baş nazirinin müavini ilə görüşündə bəyan edib:

“Rusiya hibrid müharibəsi ilə iki regionu Gürcüstandan ayırıb. Biz bu məsələni danışmaqdan qorxmamalıyıq. Rusiya Gürcüstanın suverenliyinə qarşı nələr edib və hazırda edir. Bu aqressiyadır, işğaldır və beynəlxalq normaların pozulmasıdır”. 

Həmin gün Tbilisidə Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin digər nümayəndələri ilə 2008-ci il avqust müharibəsində həlak olanların abidəsi önünə gül dəstələri qoyub. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz