Ruhani: ABŞ-la danışıqlar mənasızdır - YENİLƏNİB » Press-az
0

Ruhani: ABŞ-la danışıqlar mənasızdır - YENİLƏNİB

Baxış: 65

Ruhani: ABŞ-la danışıqlar mənasızdır - YENİLƏNİB

İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyalar tətbiq etdiyi üçün peşman olacaq.

Bu barədə Press-az.com “Al Mayadeen”ə istinadla xəbər verir.

Dövlət başçısının sözlərinə görə, İran bütün dünyaya sübut edəcək ki, Birləşmiş Ştatların sanksiyalarına rəğmən, “vədlərinə əməl edir”.

O həmçinin dünya xalqlarını Vaşinqtonun yeni məhdudiyyətlər tətbiq etməsi fonunda birliyə çağırıb.

06.08.2018. 23.53

İran prezidenti Həsən Ruhani ABŞ-ın Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra Amerika lideri Donald Trampla danışıqların mənasız olduğunu bəyan edib.

Bu barədə Press-az.com “Al Mayadeen”ə istinadla xəbər verir.

Daha öncə Tramp bəyan etmişdi ki, Tehrana “maksimal təzyiqə” rəğmən, İranla yeni saziş imzalamağa hazırdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz