0

Gürcüstan Medvedevin “dəhşətli” proqnozu haqqında

Baxış: 785

Gürcüstan Medvedevin “dəhşətli” proqnozu haqqında

Rusiyanın baş naziri Dmitri Medvedevin Gürcüstanın NATO-ya üzv olmasının “dəhşətli” münaqişə ilə müşahidə edilə biləcəyinə dair bəyanatı sübut edir ki, Tbilisi Şimal Atlantik Alyansla münasibətlərdə ciddi uğur qazanıb.

Press-az.com xəbər verir ki, belə bəyanatla Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamara Xulordava çıxış edib.

“Bu yaxınlaşma şimal qonşumuzu qıcıqlandırır və Rusiya hakimiyyətinin sərt bəyanatlarına səbəb də elə bu amildir.

Biz azad gürcü xalqı olaraq seçimimizi etmişik. Biz demokratiyanı, sabitliyi, sülhü seçmişik və bunlara məhz Avropaya inteqrasiya ilə nail olmaq mümkündür”, - Xulordava deyib.

Öz növbəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin məsləhətçisi Tengiz Pxaladze bəyan edib ki, Medvedevin sözləri yaxınlarda baş tutan NATO sammitinə verilən reaksiyadır.

Gürcüstan parlamenti sədrinin müavini Qiya Volski bildirib ki, Tbilisiyə təhlükəsizlik təminatı lazımdır, lakin Rusiya bunu vermir.

“Bizim NATO ilə yaxınlaşmağımız heç kimə qarşı yönəlməyib. Kiçik ölkə olan Gürcüstana təhlükəsizlik təminatı lazımdır. Rusiya bu təminatları nəinki vermir, əksinə, ağır vəziyyətə düşməyimiz üçün əlindən gələni edib”, - Volski hesab edir.

İyulun 12-də NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Gürcüstan alyansa üzv olacaq. 

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Gürcüstanın NATO-ya üzv olmasını Moskva mənfi qarşılayacaq. 

Rusiya lideri əlavə deib ki, alyansın Rusiya sərhədləri yaxınlığında yeni hərbi bazalar yaratması qarşılıqlı inam münasibətlərinin yaranmasına xidmət göstərmir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz