Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu » Press-az
0

Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu

Baxış: 218

Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu

Böyük Britaniyada məhkəmə İŞİD-in gənc üzvü olan qıza hökm oxuyub.

Press-az.com “Sky News”a istinadla xəbər verir ki, 18 yaşlı Safa Bular ömürlük həbs cəzasına məhkum edilib. O, yalnız 13 ildən sonra əfv olunması haqqında müraciət edə bilər.

Nəşrin yazdıqlarına əsasən, gənc qız məktəb imtahanlarına hazırlaşdığı zaman İŞİD yaraqlısı Navid Hüseyn tərəfindən terror qruplaşmasına cəlb edilib. 

Safa özündən 15 yaş böyük terrorçu ilə ailə qurmaq üçün Suriyaya getməyə cəhd göstərsə də, polis buna imkan verməyib. Navid daha sonra hərbi əməliyyatlar zamanı öldürülüb.

İstintaq materiallarına əsasən, Safa Bular böyük bacısı və anası ilə birlikdə Britaniya muzeyində terror aktı planlaşdırıb. Hakimin sözlərinə görə, planın tərtibində əsas rolu məhz Safa oynayıb.

Safa Buların bacısı da ömürlük həbs cəzasına məhkum edilib. Anası isə dəmir barmaqlıqlar arxasında 6 il 9 ay keçirəcək.

 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz