0

İlin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin - SİYAHISI

Baxış: 734

İlin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin - SİYAHISI

FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi tituluna namizədlərin adlarını açıqlayıb.

Press-az.com FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 10 oyunçunun adının daxil edildiyi siyahıda braziliyalı Neymarın adı olmayıb. Bunlar Kriştianu Ronaldu (“Yuventus” İtaliya), Kevin De Brüyne (“Mançester Siti”, İngiltərə), Antuan Qrizman (“Atletiko”, İspaniya), Eden Hazard(“Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Kilian Mbappe(PSJ, Fransa), Lionel Messi (“Barselona”, İspaniya), Luka Modriç (“Real Madrid”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Varandır (“Real Madrid”, Fransa).

Məşqçilərin siyahısında isə 11 nəfərin adı yer alıb. Bunlar italiyalı Massimiliano Alleqri (“Yuventus”, İtaliya), xorvatiyalı Zlatko Daliç(Xorvatiya milli komandası), fransalı Didye Deşam (Fransa milli komandası), ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə), ispaniyalı Roberto Martines (Belçika milli komandası), argentinalı Dieqo Simeone(“Atletiko”, İspaniya), ingiltərəli Qaret Sautqeyt (İngiltərə milli komandası), ispaniyalı Ernesto Valverde (“Barselona”, İspaniya), rusiyalı Stanislav Çerçesov (Rusiya milli komandası) və fransalı Zinəddin Zidandır (“Real Madrid”in sabiq baş məşqçisi, İspaniya).

Qaliblərə mükafatlar sentyabrın 24-də Londonda təqdim olunacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz