0

Türkiyə klubu “Sumqayıt”ı darmadağın etdi – 7:0

Baxış: 117

Türkiyə klubu “Sumqayıt”ı darmadağın etdi – 7:0

2018/2019 futbol mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib. 

Press-az.com xəbər verir ki, Nazim Süleymanovun baş məşqçisi olduğu Azərbaycan komandası Türkiyə Superliqası təmsilçisi “Alanyaspor"la üz-üzə gəlib. 

Topuk Yaylası idman kompleksinin stadionunda yerli saatla 16:00-da start götürmüş qarşılaşma komandamızın 0:7 hesablı darmadağını ilə nəticələnib.

Qeyd edək ki, 19-cu dəqiqədə “Sumqayıt”ın qolkiperi rəqibin braziliyalı hücumçusu Bobonun zərbəsini dəf edib. Bundan beş dəqiqə sonra isə Əfran İsmayılov penaltidən yararlana bilməyib. Onun zərbəsi kənara gedib.

Xatırladaq ki, “Sumqayıt” bundan əvvəl Qətərin "Əl-Şəhaniyə" komandası ilə heç-heçə etmişdi – 1:1.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz