0

İranın neft anbarında partlayış: ölənlər var

Baxış: 229

İranın neft anbarında partlayış: ölənlər var

İranın qərbində yerləşən neft anbarında meydana gələn partlayış nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

Press-az.com “Fars” agentliyinə istinadla xəbər verir ki, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın baş verib.

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz