0

“Milan” əfv olundu

Baxış: 201

“Milan” əfv olundu

“Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.

Press-az.com xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) İtaliya klubunun apellyasiya şikayətinə baxıb və maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.

CAS-ın rəsmi saytında bildirilib ki, klubun hazırki maliyyə durumu normaldır və avrokuboklara qatılmasına maneə yaratmır.

Qeyd edək ki, ötən mövsüm transferlərə 210 milyon avro xərcləyən “Milan” klubu maliyyə feyr-pleyini pozduğu üçün 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.
Beləliklə də, “Milan” 2018/2019-cu il mövsümündə Avropa Liqasında mübarizəyə qatılacaq. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz