0

İsrail Qəzza zolağına zərbə endirdi

Baxış: 173

İsrail Qəzza zolağına zərbə endirdi

İsrail aviasiyası Qəzza zolağında Fələstin hərbi qruplaşmalarına məxsus onlarla hədəfə zərbə endirib.

Press-az.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu addımın İsrail ərazisinin Fələstin tərəfindən raket atəşlərinə tutulması və sərhəd yaxınlığında törədilən iğtişaşlara cavab tədbiri olduğu bildirilir.

İsrail ordusunun yaydığı məlumatda deyilir ki, “HƏMAS terror təşkilatına məxsus 4 hərbi kompleks ərazisində yerləşən onlarla obyektə zərbələr endirilib”.

Əsas hədəf kimi isə HƏMAS təşkilatının anklavın şimalındakı Beyt-Lahi şəhərindəki qərargahı göstərilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz