0

Əfqanıstanda taliblər İŞİD-in qadın üzvlərini edam etdilər

Baxış: 393

Əfqanıstanda taliblər İŞİD-in qadın üzvlərini edam etdilər

“Taliban” radikal hərəkatının yaraqlıları Əfqanıstanın Cəuzcan əyalətində davam edən hərbi əməliyyatlar zamanı İŞİD terror təşkilatının üç qadın üzvünü edam ediblər.

Press-az.com xəbər verir ki, taliblər ələ keçirdikləri qadınları zorladıqdan sonra qətlə yetiriblər. İŞİD üzvləri əslən Çeçenistan və Özbəkistandan olublar.

Sözügedən iki qruplaşma əyalətdə hökmranlığı ələ keçirmək üçün mübarizə aparır. İŞİD və “Taliban” arasında meydana gələn son toqquşma zamanı 12 İŞİD yaraqlısı qətlə yetirilib, taliblərin itkiləri isə 3 nəfər təşkil edib.

Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” arasında qarşıdurma davam edir. Terrorçular əyalətlərdə böyük əraziləri ələ keçirdikdən sonra şəhərləri hədəfə almağa başlayıblar. 

Hazırda Əfqanıstanda İŞİD də xeyli fəallaşıb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz