0

“Çelsi” Konteyə əvəz tapdı

Baxış: 184

“Çelsi” Konteyə əvəz tapdı

Antonio Konte ilə müqaviləyə xitam verən “Çelsi” yeni baş məşqçisini müəyyənləşdirib.

Press-az.com xəbər verir ki, londonlular Mauritsio Sarri ilə yollarına davam edəcəklər. Məşqçi ilə 2 illik saziş bağlamaq planlaşdırılır. 

Mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.

Mauritsio Sarri 2015-ci ildən cari mövsümün sonuna qədər “Napoli”ni çalışdırıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz