0

İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər

Baxış: 238

İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər

ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.

Press-az.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə məlumat verib.

“Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz