0

Türkiyə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edəcək

Baxış: 275

Türkiyə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edəcək

ABŞ nümayəndə heyəti iyulun 13-də Fətullah Gülənin verilməsi və FETÖ terror təşkilatı ilə mübarizəni müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Press-az.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib.

“Texniki səviyyədə biz ABŞ-la ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini müntəzəm olaraq müzakirə edirik.

Bununla əlaqədar iyulun 13-də Ankarada iki ölkənin Xarici İşlər, Ədliyyə və Daxili İşlər nazirliklərinin vəzifəli şəxslərinin iştirakı ilə FETÖ terror təşkilatı ilə mübarizə və Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsi müzakirə olunacaq.

Həmçinin “Halkbank”ın keçmiş baş direktorunun müavini Hakan Atillanın işi və Türkiyədə saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələlər də müzakirə ediləcək”, - H.Aksoy deyib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti F.Güləni 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham edir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz