0

Adnan Oktar həbs olundu: Keçmiş “kediciyi” sevindi

Baxış: 389

Adnan Oktar həbs olundu: Keçmiş “kediciyi” sevindi

Xəbər verildiyi kimi,“kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktarvə 234 müridi saxlanılıb.

Press-az.com-un xəbərinə görə, Adnan Oktarın bütün malına, şirkətlərinə həbs qoyulub.

Evində aparılan araşdırmalar zamanı isə yüzdən artıq silah-sursat aşkarlanıb.

Keçmiş daxili işlər naziri Saddədin Tantan isə Oktarı “ən azı Apo qədər təhlükəli şəxs” adlandırıb.

O, hələ 19 il öncə Oktara qarşı cinayət-əməliyyat təbdirlərinin həyata keçirildiyini, ancaq onun müxtəlif yollarla həbsdən yayınmağa nail olduğunu bildirib.

O, Türkiyə ictimaiyyətini heç olmasa, indi bu məsələdə dövlətə dəstək verməyə səsləyib.

Oktarın keçmiş “kedicikləri”indən olan və ondan qalmaqallı şəkildə ayrılan Ceylan Özgül isə sosial media hesabı üzərindən “Bu gün Günəş daha bir gözəl doğdu” paylaşımını edib. 

 

O, eyni zamanda, məsələnin “kedicik” deyə hallandırılmasının, üzərindən bu şəkildə ötülüb keçilməsinin  düzgün olmadığını bildirib.

“Vitrində məsum görünən qadınların bir çoxu qoşa silahlarla gəzirlər. Bir çoxlarının da ən ağır cinayətlərə bulaşdığının şahidiyəm”-deyə, sonra yazıb.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz