0

İbrahim Şehiç Türkiyə klubunda – FOTO

Baxış: 311

İbrahim Şehiç Türkiyə klubunda – FOTO

“Qarabağ”dan ayrılmış İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib.

Press-az.com xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

O bir müddətdir danışıq apardığı Super Liqanın debütantı “Böyükşəhər Bələdiyyə Ərzurumspor”la münasibətlərini rəsmiləşirib. Futbolçu keçidi haqda danışarkən bir çox dostunun Ərzurumda xoşbəxt olduğunu və onu bu komandaya gəlməyə razı saldığını bildirib:

“Məni burda çox isti qarşıladılar. Özümü evimdəki kimi hiss etdim. İnşallah, birlikdə çox böyük uğurlara imza atacağıq”.

29 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2+1 illik sözləşmə imzalayıb. Şehiç “Ərzurumspor”da ilinə 325 min avro qazanacaq. 

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ildən “Qarabağ”da çıxış edirdi və Ağdam klubuna məhz Türkiyədən gəlmişdi. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz