0

İtaliya XİN: Roma Azərbaycandan boru xəttinin inşasında maraqlıdır

Baxış: 27

İtaliya XİN: Roma Azərbaycandan boru xəttinin inşasında maraqlıdır

İtaliya Trans-Adriatik qaz kəmərinin inşasında maraqlıdır.

Press-az.com xəbər verir ki, bunu İtaliyanın XİN rəhbəri Qulyelmo Pikki bildirib.

“TAP İtaliya və Avropa üçün vacib insfrastrukturun bir hissəsidir. Biz ətraf mühitlə bağlı mümkün məsələləri nəzərə almaqla, onu işə salmaq istəyirik.”, - deyə Pikki bildirib.

Xatırladaq ki, bundan əvvəl iyun ayının əvvəlində İtaliyanın ətraf mühit naziri Serco Kosta TAP-ın mənasız bir layihə olduğunu bildirmişdi.

Trans-Adriatik qaz kəməri “Cənub qaz dəhlizi” layihəsinin bir hissədir. İlkin mərhələdə  Avropanı “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan,  ilə 10 milyard kub metrə yaxın qazla təchiz edəcək.

Türkiyə-Yunanıstan sərhədində boru xətti Trans-Anadolu qaz kəmərinə (TANAP) birləşdiriləcək və Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə İtaliyanın cənubuna qədər uzanacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz