0

Meksika yenə qalib gəldi

Baxış: 375

Meksika yenə qalib gəldi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunda II tura start verilib.

Press-az.com xəbər verir ki, ilk turda son dünya çempionları Almaniyanı məğlub etməklə hamını heyrətləndirmiş Meksika bu dəfə Cənubi Koreyadan üstün olub – 2:1.

İlk qol penalti ilə vurulub. "Arsenal"ın sabiq hücumçusu Karlos Vela 26-cı dəqiqədə hesabı açıb. 66-cı dəqiqədə "Mançester Yunayted"in keçmiş forvardı fərqi ikiyə çatdırıb. Oyuna əlavə olunmuş dəquqədə isə "Totenhem"in futbolçusu Hın-Min Son təsəlli qoluna imza atıb.

Qeyd edək ki, bu qrupun digər görüşündə Almaniya və İsveç arasında 1/8 finalın ikinci təmsilçisini müəyyənləşdirmək üçün həlledici görüş keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz