0

Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi

Baxış: 371

Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi

Pul hər şey demək deyil.

Press-az.com xəbər verir ki, bunu  İtaliyanın “Peskara” klubunun qapıçısı Vinçenso Fyorillo bildirib.

Ağdamın “Qarabağ” klubunun elçi düşdüyü qolkiper Azərbaycan klubunun sıralarına qatılmaqdan imtina edib.

“Mən dörd il bu futbolka ilə meydana çıxmışam, komanda uğrunda mübarizə aparmışam. Bütün alqışları, tənqidləri, rəqabəti görmüşəm. Məğlub olduğum günlər də olub, qalib gəldiyim də. Bəzi oyunlarda oyunun qəhrəmanı olmuşam. Mənim arzum – bu komanda ilə A seriyasına qayıtmaqdır.

“Qarabağ”a təklifə görə təşəkkür edirəm, çox yaxşı təklif idi və onu qəbul etməyə məni inandırmaq üçün əllərindən gələni etdilər.  Ancaq pul heçdə hər şey demək deyil”, - deyə futbolçu “Instagram” hesabında yazıb.

Eyni zamanda “Qarabağ”ın şotlandiyalı qapıçı Con Maklaflinlə apardığı danışıqlar nəticə verməyib. “Harts” (Heart of Midlothian) klubunun qapıçısı ağdamlıların təklifini rədd edərək, “Sanderlend” klubuna keçməyə qərar verib.

“Daily Express” nəşri yazır ki, 30 yaşlı qolkiper Çempional Liqasında çıxış etmək fürsətindənsə, İngiltərə futboluna qayıtmağa üstünlük verib.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz