0

Nigeriya millisi islandlara heç bir şans vermədi

Baxış: 285

Nigeriya millisi islandlara heç bir şans vermədi - VİDEO

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Press-az.com xəbər verir ki, “Volqoqrad” arenada  “D” qrupunun ikinci turunun son matçı yekunlaşıb.

Nigeriya millisi İslandiya yığması ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. 

Matç 2:0 hesabı ilə Nigeriya millisinin xeyrinə başa çatıb.

Oyunun 48-ci dəqiqəsində nigeriyalılar gözəl hücum quraraq, hesabı açıblar. İnanılmaz çevikliyi ilə seçilən Əhməd Musa möhtəşəm zərbə ilə qapıçıya heç bir şans verməyib.

74-cü dəqiqədə Əhməd Musa cərimə meydançasında müdafiəçiləri və qapıçını  dolayaraq, dublunu rəsmiləşdirib. 

81-ci dəqiqədə VAR sistemi ilə təkrar video baxışdan sonra hakim Nigeriyanın qapısına penalti təyin edib. Siqurdsonun vurduğu zərbə çərçivəyə yol tapmayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz