0

İsveç şəhərinə nəhəng siçovullar hücum edib

Baxış: 1 108

İsveç şəhərinə nəhəng siçovullar hücum edib

İsveçin Sundzval şəhərini nəhəng ölçülü siçovullar basıb.

Press-az.com xəbər verir ki, bu haqda “The Local” məlumat yayıb.

Şahidlərin dediyinə görə, Sundzvalda peyda olan siçovullar İsveç meşələrində olan gəmiricilərə bənzəmir.

“Bu sizin üçün adi meşə siçovulları deyil, onlar həqiqətən pişik ölçüsündədirlər”, - deyə sakinlərdən biri söyləyib.

Şəhərin rayonlarından birində gəmiricilərə görə sakinlərə evlərin qapı və pəncərələrini bağlı saxlamaları, parklarda və ictimai yerlərdə qida tullantıları saxlamamaları, məktəblərdə tənəffüslər zamanı şagirdləri çölə buraxmamaları xəbərdar edilib.

İlkin ehtimala görə şəhərə siçovulların doluşmasına səbəb tullantıların utilizasiyası mərkəzinin başqa əraziyə köçürülməsi, beləcə gəmiricilərin öz doğma məskənlərindən məhrum olmalarıdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz