0

Messili Argentinanı darmadağın etdilər

Baxış: 490

Messili Argentinanı darmadağın etdilər

Futbol üzrə dünya çempionatında “D” qrupunun ikinci turunun matçı keçirilib.

Press-az.com xəbər verir ki, Nijni Novqorod şəhərində keçirilən oyunda Messili Argentina millisi  Xorvatiya yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən matçda hesab oyunun 53-dəqiqəsində açılıb. Rebiç qapıçının səhvini baxışlamayaraq qarşısıalınmaz zərbə ilə qol vurub.

80-ci dəqiqədə Luka Modriç top fərqini ikiyə çatdırıb. "Real" klubunun yarımmüdafiəçisi mundialda sayca ikinci qolunu vurub.

İkinci hissənin əlavə olunmuş ilk dəqiqəsində Rakitiç fərqlənərək darmadağının əsasını qoyub. İki turun nəticəsinə görə altı xal toplayan Xorvatiya artıq pley-offa vəsiqəni təmin edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz