0

Paşinyana qarşı cinayət işi bağlandı

Baxış: 607

Paşinyana qarşı cinayət işi bağlandı

Ermənistanda Xüsusi təhqiqat xidməti erməni baş nazir Nikol Paşinyan və onun tərəfdarlarına qarşı “kütləvi iğtişaşlar törətmə” maddəsi üzrə qaldırılmış cinayət işini bağlayıb.

Press-az.com xəbər verir ki, bu haqda Ermənistan KİV-də məlumat yayılıb.

Qeyd edək ki, hakimiyyətə gəlməzdən əvvəl parlament üzvü olan Paşinyan aprelin 22-də “kütləvi iğtişaşlar” və “Qanunda nəzərdə tutulan qaydaları pozmaqla ictimai toplanışların təşkil olunması və keçirilməsi” ittihamları əsasında saxlanılmışdı.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz