0

Turistlər üçün ən təhlükəli ölkələr açıqlandı

Baxış: 315

Turistlər üçün ən təhlükəli ölkələr açıqlandı

Britaniyanın “Endsleigh” şirkəti səhayət üçün ən təhlükəli 10 ölkənin reytinqini tərtib edib.

Press-az.com xəbər verir ki, bu haqda “Express” məlumat yayıb.

Ekspertlər aparılan təhlillərdən sonra turistlər üçün ən riskli istiqamətin – Tailand olduğunu müəyyən edib. 

Belə ki, 2017-ci il ərzində sığorta haqqının ödənilməsi ilə bağlı iddiaların dördə üç hissəsi məhz həmin ölkəyə səyahət edən turistlər tərəfindən qaldırılıb.

İkinci yeri nə qədər qəribə səslənsə də ABŞ Çili ilə bölüşür. Bu ölkələrin hər birinin payına Sığorta iddialarının15 faizi düşür.

Ardıcıl olaraq siyahıda Fransa (yeddi faiz), İspaniya (səkkiz faiz) və Almaniya (səkkiz faiz) yer alır.

Fransa və İspaniyada səyahətçilər daha çox sığorta şirkətlərinə cibgirlər tərəfindən qarət olunmaları ilə əlaqədar müraciət edib.

Siyahıda bundan başqa Nepal, Peru, Bahama adaları və Braziliya  kimi ölkələr yer alır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz