0

Belaruslar Rusiyaya dəstəyə görə azərbaycanlının kafesinə nifrət etdilər

Baxış: 1 769

Belaruslar Rusiyaya dəstəyə görə azərbaycanlının kafesinə nifrət etdilər

Minskin mərkəzində yerləşən “Rıbı net” kafesi, şəhər sakinlərini DÇ-2018-də Rusiya yığmasına azarkeşlik etməyə çağırdığına görə kəskin tənqid atəşinə tuş gəlib.

Press-az.com xəbər verir ki, bu haqda “Vu24” məlumat yayıb.

Adı çəkilən iaşə obyektində müştərilərə xüsusi aksiya təklif olunub:

“Pivə bakalı arxasında Rusiyaya azarkeşlik edirik! Rusiyanın vurduğu hər qola görə masanıza bir qədəh araq gətiriləcək (pulsuz)”  

Bundan hiddətlənən bir çox istifadəçilər kafenin “Google Maps” servizində şəhərin populyar iaşə obyektləri siyahısındakı reytinqini alt-üst etməyə çalışıblar.

Onlar “Rıbı net” kafesini “Belarus xalqını Rusların şərəfinə içməyə” vadar etməkdə ittiham edib və öz araqlarını da götürüb Rusiyaya rədd olmağı təklif edib.

Qalmaqaldan sonra kafenin reytinqi ən aşağı səviyyəyə düşüb. Sonradan neqativ rəylərin bir hissəsi silinib və kafenin qiyməti müəyyən qədər qalxıb.

“Rıbı net” nümayəndəsi “Naşa Niva” nərşinə verdiyi açıqlamada Rusiyaya azarkeşliklə bağlı aksiyanın kafenin Azərbaycan vətəndaşı olan investorunun təşəbbüsü olduğunu açıqlayıb.

Kafedə çalışanlar bunun obyektin imicinə neqativ təsir etmədiyini hesab edir. Onlar bu aksiyanın br marketinq gedişi olduğunu əmin edir.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz