0

Cənubi Koreya ilə Yaponiya arasında gərginlik yaşanır

Baxış: 224

Cənubi Koreya ilə Yaponiya arasında gərginlik yaşanır

Yaponiyanın Xarici İşlər Nazirliyi Yapon dənizində yerləşən Takeşima adalarında təlimlərə görə Cənubi Koreyaya etirazını bildirib.

Press-az.com NHK telekanalına istinadla xəbər verir ki, Cənubi Koreyaya məxsus olan, lakin Yaponiyanın da iddia etdiyi adaların ətrafında iki günlük təlimlər iyunun 18-də başlanıb.

Rəsmi Seulun məlumatına görə, təlimlərin ssenarisi bu adalara əcnəbi qüvvələrin çıxmasına qarşı hazırlanıb. Təlimlərdə Cənubi Koreyanın hərbi-dəniz qüvvələrinin, dəniz piyadalarının və sahil mühafizəsinin 6 hərbi gəmisi və 7 təyyarəsi iştirak edir.

Cənubi Koreya kütləvi-informasiya vasitələrinin bildirdiyinə görə, təlimlərə esmines, kəşfiyyat təyyarəsi və F-15 qırıcıları da qatılacaq.

Cənubi Koreya bu təlimləri ildə iki dəfə keçirir

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz