0

Türkiyədəki seçkilərlə bağlı səsvermə bu gecə başa çatacaq

Baxış: 237

Türkiyədəki seçkilərlə bağlı səsvermə bu gecə başa çatacaq

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə bu gün başa çatacaq.

Press-az.com xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir.

Artıq 51 ölkədə səsvermə prosesi başa çatıb.

Qalan 9 ölkədə isə səsvermə bu gün yekunlaşacaq.

Qeyd edək ki, təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə səs verib.

Gömrük-keçid məntəqələrində səsvermə isə iyunun 23-dək davam edəcək.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz