0

Paşinyana sui-qəsd cəhdi olub

Baxış: 49

Paşinyana sui-qəsd cəhdi olub

Ermənistanda bəzi qruplar erməni baş nazir Nikol Paşinyanı zərərsizləşdirməyə çalışıb.

Press-az.com “Aravot”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

Baş nazirin həyatının təhlükədə olub-olmadığı ilə bağlı jurnalistin sualına, bəzi qüvvələrin Paşinyanı aradan götürməyə cəhd etdiyi ilə bağlı informasiyanın daxil olduğunu təsdiqləyib.

“İnanmıram ki, kimlərsə bu cür nüfuzu olan baş nazirə qarşı belə bir addım atmağa cürət etsin”, - deyə Vanesyan söyləyib.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz