0

Qaraçılar Romadan qovulacaq

Baxış: 41

Qaraçılar Romadan qovulacaq

İtaliyanın daxili işlər naziri Matteo Salvini paytaxt Romanı sənədsiz qaraçılardan “təmizləmək” niyyətindədir.

Press-az.com xəbər verir ki, bu haqda “The Local” məlumat yayıb.

Daxili İşlər Nazirliyinin sərəncamına əsasən, İtaliya paytaxtında olan bütün qaraçılar siyahıya alınacaq.

“İtaliyada yaşamaq icazəsi olmayanları digər ölkələrlə olan müqavilələr əsasında deportasiya edəcəyik, İtaliya vətəndaşı olan qaraçıları isə təəssüflər olsun ki, şəhərdə saxlamalı olacağıq”, deyə Salvini bildirib.

Qeyd edək ki, Salvini parlament seçkilərində qalib gəlmiş və kəskin anti-miqrant mövqeyi ilə seçilən “Şimal liqası” partiyasının lideridir.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz