0

ABŞ Suriya ordusunu bombalayıb: 48 hərbçi ölüb - YENİLƏNİB

Baxış: 122


ABŞ Suriya ordusunu bombalayıb: 48 hərbçi ölüb - YENİLƏNİB

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Əbu-Kamal bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.

Press-az.com xəbər verir ki, bu haqda AFP agentliyi öz “Twitter” hesabında məlumat yayıb.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.

Press-az.com xəbər verir ki, bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var.

Pentaqon bu informasiyanı təkzib edib:

“ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur”,- deyə müdafiə nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.

Xatırladaq ki, bundan əvvəl aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz