0

Braziliya mundiala xal itkisi ilə başladı

Baxış: 310

Braziliya mundiala xal itkisi ilə başladı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının favoritlərindən sayılan Braziliya millisi ilk matçında xal itirib.

Press-az.com xəbər verir ki, sambaçılar E qrupunun İsveçrə ilə görüşündə heç-heçə edib – 1:1.

Görüşdə hesabı 20-ci dəqiqədə Filippe Koutinyo açsa da, ikinci yarının başlamasından beş dəqiqə sonra Steven Suber tarazlığı bərpa edib.

Xatırladaq ki, bu qrupun digər görüşündə Serbiya Kosta Rikadan üstün olub – 1:0


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz