0

DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu –FOTO

Baxış: 134

DÇ-2018-də ilk sensasiya: Almaniya uduzdu –FOTO

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında (DÇ) ilk sensasiya qeydə alınıb.

Press-az.com Oxu.Az-a istinadən xəbər verir ki, F qrupunun ilk görüşündə son dünya çempionları olan Almaniya Meksika ilə qarşılaşıb.

Gözlənilənlərin əksinə olaraq, Meksikanın üstün olduğu görüşdə şimali amerikalılar qələbə qazanıb. 35-ci dəqiqədə İrvinq Losanonun vurduğu qol yeganə olub – 1:0.

Qeyd edək ki, bu qrupun digər görüşündə sabah İsveçlə Cənubi Koreya milliləri üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz