0

Dünya çempionatına qatılmaq üçün yeddi ölkədən keçdi

Baxış: 175

Fransız bloqer Kapitane Remi ölkəsinin komandasını dəstəkləmək və iki gün öncə baş tutan FIFA-2018 dünya kubokuna qatılmaq üçün Parisdən Moskvaya qədər avtostopla gedib.

Press-az.com xəbər verir ki, Remi yeddi ölkədən keçən yolunu və təəssüratlarını “Sputnik”lə bölüşüb.

O, Kazandakı ilk oyunu izləmək üçün avtostopla kilometrlərlə yol qət edib.

Remi səyahətindən danışarkən bildirib ki, onun üçün dayanan ilk maşın Sovet istehsalı “Lada” olub. O, rus maşınına minməsini “taleyin bir işarəti” adlandırıb.

Fransız bloqer yeddi günlük səyahəti boyunca 3200 km yol getməli olub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz