0

Paşinyan istefa verəcək

Baxış: 815

Ermənistanın baş naziri Nikol Paşinyan seçki qanunvericiliyinin qəbulundan sonra istefa verəcəyini açıqlayıb.

Oxu.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “Jamanak” məlumat yayıb.

“Baş nazir sentyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Yeni seçki məcəlləsi yaxın günlərdə parlamentin gündəliyinə salınacaq. Yeni məcəllənin qəbulundan sonra Paşinyan istefa verəcək”, – qəzet yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın baş naziri parlament fraksiyasında dövlət rəhbərlərinin namizədliyinin irəli sürülməməsinə nail olmaq niyyətindədir:

“Əgər iki dəfə ard-arda baş nazir namizədliyi olmazsa, avtomatk olaraq parlamentin buraxılması baş tutacaq. Bundan sonra sentyabrda yeni parlament seçkiləri keçiriləcək”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz