Rusiyada pensiya yaşı artırılır » Press-az
0

Rusiyada pensiya yaşı artırılır

Baxış: 129

Rusiya baş naziri Dmitri Medvedev hökumətin iclasında pensiya islahatlarından danışıb. 

Press-az.com xəbər verir ki, ölkədə pensiya yaşının artırılması 2019-cu ildən başlayacaq və kişilər üçün 2028-ci ildə, qadınlar üçün 2034-cü ildə bitəcək. 

Yaxın illərdə pensiya yaşına çatanlar üçün xüsusi qaydalar tətbiq ediləcək. 

1959-cu ildə doğulmuş kişilər və 1964-cü ildə doğulmuş qadınlar 2020-ci ildə 61 və 56 yaşlarında təqaüdə çıxa biləcək. 1960-cı ildə doğulmuş kişilər və 1965-ci ildə doğulmuş qadınlar 2022-ci ildə 62 və 57 yaşlarında pensiyaya çıxacaq. 

Dmirti Medvedev qeyd edib ki, pensiya yaşını dəyişmədən Vladimir Putinin pensiyaların artırılması əmrini yerinə yetirmək mümkün olmayacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz