0

Raket və artilleriya qoşunları təlimdə - FOTO

Baxış: 156

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152 mm-lik toplardan döyüş atışlı məşqlər keçirib.

Bu barədə Press-az.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. 

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz